`Azyaşlının küçə süpürməsi yaxşı haldır` - Sosioloqdan biabrçı açıqlama (VİDEO)


16:23     12 May 2017 12690.jpg

Ötən gün səhər saatlarında məktəbli qız anası ilə birlikdə paytaxtın küçələrini təmizləyib. Bu görüntünü izləyicilərdən biri telefonunun yaddaşına köçürüb.


Məlum olub ki, azyaşlı qız "Nizami” Kino Mərkəzinin yanında, daha dəqiq Bəşir Səfəroğlu küçəsi ilə Bülbül prospektinin kəsişməsində olan ərazini təmizləyib.

Görüntüdən belə aydın olur ki, təxmini 9-10 yaşında olan qız Mənzil Kommunal İstismar Sahəsində xadimə vəzifəsində çalışan anasının yanında işləyir. Uşaqdan fərqli olaraq ana uniformada çalışır.

Hüquqşünas Elnur Məmmədov bildirib ki, Əmək Məcəlləsinin 249-cu maddəsinə (işə qəbul zamanı yol verilən yaş həddi) əsasən yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.

“Məcəllənin 250-ci maddəsində isə yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər qeyd olunub. Bura ağır şəraitli, sağlamlığa zərərli işlər, gecə klubları, kazinolar, həmçinin yaşı 18-dən az olan şəxslərin təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlər daxildir. Azərbaycan Respublikasının Konstitusiyasının 17 maddəsinin 5-ci bəndinə əsasən də 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməz. Əmək Məcəlləsinə görə əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Göründüyü kimi işə qəbul üçün yaş məhdudiyyəti mövcuddur. Əmək Məcəlləsinin 252-ci maddəsinə əsasən yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçdikdən sonra qəbul edilirlər və onlar 18 yaşa çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.
Azyaşlıların əməyə cəlb olunmasına görə, işəgötürən və valideynlər üçün inzibati və cinayət məsuliyyəti müəyyən edilib. 18 yaşından sonra isə şəxs müstəqil şəkildə işləyə bilər”.

Sosioloq Qızılgül Abbasova isə azyaşlı uşaqların valideynləri ilə birgə iş yerində olmasında qəbahətli bir hal olmadığı qənaətindədir. "Şərq”ə açıqlamasında sosioloq, əksinə, belə halların uşaqların əməyə alışdırılmasında müsbət əhəmiyyət daşıdığını dedi:

“Uşağın anası və ya atası ilə birgə iş yerinə getməsi pis hal deyil. Əgər uşaq valideyninə kömək edirsə, hətta lap yaxşı haldır. Burada pis bir şey yoxdur. Xarici ölkələrdə işçilərə övladlarını da özləri ilə iş yerinə gətirməyi xahiş edirlər ki, uşaqlar işlə tanış olsunlar, valideynlərinin necə işlədiklərini görsünlər. Bu, uşaqlarda əmək barədə müsbət fikirlər yaradır. Uşaqlar valideynlərinin necə çalışdığını, zəhmət çəkdiyini görür, onlarda işləmək, çalışmaq, qazanc əldə etmək haqqında müsbət rəy, fikir formalaşır. Uşaqlar əməyə məhz belə alışdırılmalıdır. Şübhəsiz ki, uşaq ananın yanındadırsa, ana onu qoruyur. Uşaqların istismarı o zaman olar ki, valideyn azyaşlı uşağını işə göndərsin, onu pul qazanmağa vadar etsin. Amma konkret göstərilən vəziyyətdə, mən mənfi bir hal görmürəm. Burada əməyin istismarı faktı da yoxdur. Uşağın bütün günü evdə qalıb televizorun qarşısında əyləşməsi daha pisdir. Ondansa, anasının yanında olsun, ananın necə çalışdığına şahidlik etsin“. (Sherq.az)



Femida.az

Açar sözlər:

Oxunub: 4679


Oxşar xəbərlər